+
-
01.12.2015
01.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

29 noyabr 2015-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 338 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Sierra Lion Respublikası vətəndaşları 1982-ci il təvəllüdlü Jallo Kemoh və 1989-cu il təvəllüdlü Kargbo Abu Bakarr, Almaniya vətəndaşı Şharestani Bernd İsfendior və İspaniya vətəndaşı Diyez Paskual Pablo adlı şəxslərə verilmiş vizaları şəxsi pasportlarına vurdurmaqla saxta sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılmışlar.

Araşdırma aparıldıqdan sonra hər iki şəxs “Bakı-İstanbul” reysi ilə geri qaytarılmışlar.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw