2015-ci ilin noyabr ayının 26-da Azərbaycan Respublikasında işgüzar səfərdə olan Gürcüstanın Daxili İşlər Naziri Giorgi Mgebrşvili ilə Dövlət Sərhəd Хidmətinin rəisi–Sərhəd Qоşunlаrının Kоmаndаnı generаl-pоlkоvnik Elçin Quliyev arasında görüş keçirilmişdir.
Görüşdə Azərbaycan - Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunmuş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılmışdır. Tərəflər Azərbaycan – Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirilməsini qeyd etmiş, razılaşdırılmamış ərazilər üzrə tezliklə razılıq əldə ediləcəyinə ümidvar olduqlarını bildirmişlər.
Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilmişdir.
Bununla yanaşı, görüş zamanı Ermənistan tərəfindən Azərbaycan Respublikasının 20% ərazisinin işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərin transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunduğu xüsusi vurğulanmışdır.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəz