+
-
16.11.2015
16.11.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

15 noyabr  2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra  Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılmışdır.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisinin müavini general-leytenant Azad Ələkbərov Dahi Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulamış, dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirmişdir.

Mərasimdə gənc əsgərlərin valideynləri çıxış edərək yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırmışlar.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi  ilə başa çatmışdır.

 

                                                       Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw