+
-
19.07.2012
19.07.2012 - FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN VƏ DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN MƏTBUAT MƏRKƏZLƏRİNİN MƏLUMATI

19 iyul 2012-ci il tarixdə saat 07:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sənqəçal qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin anbarında yanğın baş vermişdir.

Hadisə yerinə Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev gəlmişlər.

Yanğının söndürülməsi üçün dərhal hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri və texnikası, o cümlədən aviatexnikası tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınmış və az müddətdən sonra yanğın tam söndürülmüşdür.

Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır.

f tw