19.10.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilmişdir.

Hərbi andı qəbul etmələri münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2010-cu ilin avqust ayının 10-da akademiya kompleksinin açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı mərasimdə qeyd olunmuşdur ki, Vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün akademiyada bütün şərait yaradılmış, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyət formalaşmışdır. Akademiyanın zabit-gizir, professor-müəllim heyəti gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün bütün bilik, təcrübə və bacarıqlarını sərf edirlər.

Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyə­lə­nə­cək­lə­ri­nə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına söz vermişlər.

Tədbirdə çıxış edən valideynlər övladlarının  Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr etdiklərini bildirmiş, gənc kursantlara dövlə­timizə və xalqımıza sadiq, mətin, mərd və qürurlu zabit kimi yetişərək Vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulamışlar.

 

                                                            Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80