19.10.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Göytəpə və Lənkəran sərhəd dəstələrində oktyabr ayının 15-16-da hərbi qulluqçular arasında sağlam həyat tərzinin gücləndirilməsi məqsədi ilə “Narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikası, eləcə də öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsi” mövzusunda tədbirlər keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 07 iyul 2011-ci ildə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2025-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üzrə keçirilən tədbirlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri şəxsi heyət qarşısında maraqlı məruzələrlə çıxış etmişlər. Tədbirlərdə narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin törətdiyi xəstəliklər, bu təhlükəli vərdişlərin insan sağlamlığına və cəmiyyətimizə vurduğu zərərlər barədə videogörüntülər nümayiş etdirilmiş, dinləyiciləri maraqlandıran suallara ətraflı cavablar verilmişdir.

Tədbir iştirakçılarına narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin zərərli təsirlərindən bəhs edən bukletlərdən ibarət “Sağlam əsgər-güclü ordu” adlı təbliğat paketi paylanmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80