+
-
15.10.2015
15.10.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2015-ci ilin oktyabr ayının 14-də Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Horadiz Sərhəd Dəstəsində Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul etmişdir.

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil və torpaq sahələrinin sənəd­ləşdirilməsi, tibbi yardımın göstərilməsi, yaşadıqları sərhədyanı yaşa­yış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı  müraciətləri dinlənilmişdir.

Qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılmış və konkret tapşırıqlar verilmişdir. Əksər məsələlər yerindəcə həllini tapmışdır.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müra­ciət­lər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və baxıl­ma­­sının təşkili üçün nəzarətə götürülmüşdür.

Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yeri­nə yetirilməsini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqan­ları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbu­lu­nun təşkilin­dən razılıqlarını bildirmiş, yaradılan şəraitə görə Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmiş­lər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw