+
-
12.10.2015
12.10.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində həyata keçirilən tədbirlər davam etdirilir.

11.10.2015-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Sadıqov Səməd Qüdrət oğlu saxlanılmışdır.

Müəyyən edilmişdir ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olmuşdur.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw