12.10.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

                Sərhədçi zabit Rəsul Çunayev reytinqdə birinci oldu!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2009-cu ilin avqust ayında açılışında iştirak etdiyi “Sərhədçi” idman olimpiya mərkəzindəki yüksək şərait peşəkar idmançıların hazırlanmasına geniş imkanlar yaradır. Sərhədçi idmançılar müxtəlif beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında uğurla çıxış edir, mükafata layiq yerlər tuturlar.

Sevindirici haldır ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, dünya kubokunun qalibi, gənclər və yeniyetmələr arasında Avropa çempionu, Yunan-Roma güləşi üzrə 71 kiloqram çəki dərəcəsində Birinci Avropa Oyunlarının çempionu leytenant Rəsul Çunayev Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatının qızıl medalını qazandıqdan sonra Dünya Güləş birliyinin reytinq cədvəlində birinci olmuşdur.

Leytenant Rəsul Çunayevə yeni uğurlar arzulayırıq.

                                        

                                    Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80