06.10.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2015-ci ilin  06 oktyabr tarixində Dövlət Sərhəd Xidməti Aparatında Fransa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə  və Səlahiyyətli Səfiri cənab Paskal Mönyeni qəbul etmişdir.

General-polkovnik E.Quliyev dövlət sərhədində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədinin bir hissəsinin bu günədək işğal altında qalmasını qeyd etmiş, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları haqqında məlumat vermişdir. 

Dövlət Sərhəd Xidmətinin rəisi fəaliyyəti dövründə səfir Mönyenin Azərbaycan-Fransa arasında ikitərəfli münasibətlər, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulamış, birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş qarşılıqlı səfərləri, sərhəd nəzarəti üzrə tədbirləri xüsusi qeyd etmişdir.

Səfir Mönye gələcək fəaliyyəti dövründə də mövcud əlaqələrin, o cümlədən sərhəd mühafizəsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.

Tərəflər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Fransa Respublikasının müvafiq qurumları arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə etmişlər.   

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

 

                                             Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80