21.09.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində həyata keçirilən tədbirlər davam etdirilir.

20.09.2015-ci il tarixdə Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini İran İslam Respublikası istiqamətində pozmağa cəhd göstərən 2 nəfər və onlara vasitəçilik edən 1 nəfər AR vətəndaşı saxlanılmışdır.

Müəyyən olunmuşdur ki, AR vətəndaşı Əliyev Rövşən Natiq oğlu 18.09.2015-ci il tarixdə Bakı şəhərində yerləşən “Lion” kafesində baş vermiş qətl hadisəsində şübhəli bilinən və cinayət yerindən qaçmış, əvvəllər məhkum olunmuş Ağayev Niyaməddin Xanhüseyn oğlu və Hətəmov Nurəddin Nurməmməd oğlunu dövlət sərhədindən qanunsuz keçirmək məqsədi ilə idarə etdiyi avtomaşınla Biləsuvar rayonunun sərhədyanı ərazisinə apararaq köməklik etmişdir.

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Hətəmov Nurəddin Nurməmməd oğlu, Ağayev Niyaməddin Xanhüseyn oğlu və Əliyev Rövşən Natiq oğlu sərhədyanı ərazidə saxlanılmışlar.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

                                                   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi