+
-
15.09.2015
15.09.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları mütəşəkkil cinayət­karlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

7 sentyabr 2015-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 111 nömrəli “Alma-Ata-Bakı” aviareysi ilə ölkəmizə gələn Tacikstan vətəndaşı 1968-ci il təvəllüdlü Qaziyeva Zamirə pasportunda Azərbaycan Respublikasına gəlib-getməsi barədə saxta möhürlər olduğuna görə,  10 sentyabr 2015-ci il tarixdə 079 nömrəli “Bakı-İstanbul” aviarey­sin­də saxta şengen vizası ilə Şri-Lanka vətəndaşları 1983-cü il təvəllüdlü Sanmuqarasa Sathess və 1987-ci il təvəllüdlü Sinna Thamby Theivent­hiram Poovinthan, 334 nömrəli “İstanbul-Bakı” aviarey­si ilə saxta viza ilə Azərbaycan Respublikasına gələn Banqladeş vətəndaşları 1983-cü il təvəllüdlü Rana MD Masud, 1985-ci il təvəllüdlü Alim Muhammad Abdul, 1987-ci il təvəllüdlü Rana MD Sahel  və 1988-ci il təvəllüdlü Pramanik Abu Sayed saxlanılmışdır.

Saxlanılmış şəxslər deportasiya edilmişlər.

                    

      Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw