+
-
03.09.2015
03.09.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

03.09.2015-ci il tarixində Ermənistanın bəzi kütləvi informasiya vasitələrində, o cümlədən www.razm.info saytında guya Dövlət Sərhəd Xidmətinin Füzuli rayonunda yerləşən hərbi hissəsinin hərbi qulluqçusu 1991-ci il təvəllüdlü Orxan Yaqubovun öldürüldüyü, Dövlət Sərhəd Xidməti tərəfindən isə hərbi qulluqçunun valideynlərinə onun intihar ertməsi barədə məlumat verildiyi, lakin qohumlarının  onun xidmət yoldaşları tərəfindən qətlə yetirildiyini iddia etdikləri barədə məlumat yayılmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirir ki, bu məlumat tamamilə yalandır və təxribat xarakteri daşıyır, Sərhəd Qoşunlarında Orxan Yaqubov adında hərbi qulluqçu xidmət etmir və ümumiyyətlə belə bir hadisə baş verməyib.

                              Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw