+
-
30.07.2015
30.07.2015 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

29 iyul 2015-ci il tarixdə bir sıra xəbər saytlarında Rusiyanın www.kavkaz-uzel.ru saytına istinadla Azərbaycan Respub­likasının İlisu Dövlət Qoruğunun ərazisində Rusiya Federasiyası sərhədçilərinin Azər­baycan Respublikası ərazisinə keçərək dağ keçilərini ovlamaları barə­də həqiqətə uyğun olmayan məlumat dərc edilib. Yayılan məlumatda bu cür halların tez-tez baş verməsi də bildirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bildirir ki, yayılan məlumat həqiqətə uyğun deyildir. 27 iyul 2015 – ci il tarixdə və daha əvvəllər Rusiya Federasiyası sərhədçilərinin Azərbaycan Respublikası ərazisinə keçmə və ov etmə halları baş verməmişdir. Göstərilən ərazilərdə sərhədçilərimiz tərəfindən dövlət sərhədi etibarlı mühafizə edilir. Qeyd edirik ki,  Azərbay­can Respublikasının Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının sərhəd mühafizə orqanları arasında qurulmuş əməkdaşlıq çərçivəsində mütəmadi məlumat mübadiləsi aparılır və hər hansı xoşagəlməz halların baş verməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görülür.

 

                                                                                                                                                                                                                          Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw