+
-
13.07.2015
13.07.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasi­tə­­lərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdi­ril­miş­dir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 46 nəfər saxla­nıl­mışdır. Onların 23 nəfəri Azərbaycan  Respublikası, 5 nəfəri Əfqanıs­tan, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Ukrayna, 2 nəfəri Cənubi Koreya, 2 nəfəri Tacikis­tan, hər ölkədən bir nəfər olmaqla Gürcüstan, Qırğızıstan, Moldova və Qam­­biya vətəndaşları olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 15 nəfər, Xəzər dənizində 35 halda 55 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər  görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 443 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə təd­bir­ləri nəticəsində 15 halda 10 kiloqram 178,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

İyun ayının 16-da “Şıxlı” sərhəd nəzarət məntəqəsində Gürcüs­tan­dan Azərbaycana gəlmiş Ukrayna vətəndaşı, 1958-ci il təvəl­lüd­lü İmanov Şahin Ənvər oğlunun idarə etdiyi AE 7402 ST dövlət qeydiyyat nömrəli “ZAZ” markalı avtomobilin qaz yanacağı üçün nəzərdə tutulmuş balo­nun içərisində 6,2 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.

Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 10 hektar sahədə yaba­nı halda bitmiş, ümumi çəkisi 9736 kiloqram olan 23 756 ədəd xaş-xaş kolu yığılaraq iyun ayının 9-da Yardımlı rayon polis şöbəsinin və yerli icra nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçi­ril­miş tədbirlər nəticəsində 74 halda ümumi dəyəri təqribən 388 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 13 ədəd 16 mm-lik patron, 29 ədəd 5,45 mm-lik patron, 9 ədəd 9 mm-lik patron, 6 ədəd 16 mm-lik giliz, avtomat  silah üçün 1 ədəd daraq, 2 ədəd pnevmatik tapança, 1 ədəd səs tapançası, 77735 ABŞ dolları, 2 milyon 201 min İİR valyutası, 85 ədəd zinət əşyası, 12470 qutu siqaret, 44 ədəd mobil telefon, 2,4 kq qara kürü, 804 kq nərə balığı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir. 

                                                                                                                                                                                                                                                                                                    Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi    

f tw