+
-
10.07.2015
10.07.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2015-ci il iyul ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Xudat şəhə­rində Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul etmişdir.

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhəd­ya­nı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.

Qaldırılan məsələlər  Dövlət Sərhəd Xid­mətinin aidiyyəti struktur qurum­­la­rı­nın rəhbərlərinin iştirakı ilə araşdırılmış və konkret tapşırıqlar veril­miş­dir. Əksər məsələlər yerindəcə həllini tapmışdır.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və baxıl­ma­sı­nın təşkili üçün nəzarətə götürülmüşdür.

Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yerinə yetiril­mə­sini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqanları rəhbər­lərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşki­lin­dən razılıqlarını bildirmiş, yaradılan şəraitə görə Azərbaycan Respub­li­ka­sının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmişlər.

 

                                             Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw