16.06.2015 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mil­li sərhəd siya­sə­tini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­və­lərin Ali Baş Ko­mandanı İlham Əliyevin dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə göstərdiyi ali diq­qət və qayğı sayəsində Azərbaycan sərhəd mühafizəsi davamlı dinamik in­ki­şa­fa nail olmuşdur. Ölkəmizin sərhəd mühafizə infrastrukturu təkmilləşdirilir, müasir tələblərə cavab verən yeni sərhəd məntəqələri tikilib istifadəyə verilir, sərhədçilərin yüksək səviyyədə xidmət aparmaları üçün hər cür şərait yaradılır.

2015-ci ilin iyun ayının 15-də  Dövlət Sərhəd Xidmətinin  Xudat Sər­həd Dəstəsinin yaradılmasının 23-cü ildönümü ərəfəsində Qusar ra­yo­nu­nun Sa­­mur qəsəbəsində yerləşən “Samur” sərhəd zastavasının açılışı və ye­ni inşa ediləcək sərhəd zastavasının təməlqoyma mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti  rəisinin 1-ci müavini  ge­neral-leytenant Rəşad Sadiqov sər­həd zastavasının açı­lı­şı və Milli Qurtuluş günü münasibətilə şəxsi heyəti təbrik etmiş, Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin ke­şi­yin­də ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Ali Baş Ko­mandanın göstərişlərini icra etməyin böyük şərəf və yüksək məsuliyyət ol­duğunu, bu hisslərin özəyində möhtərəm Prezident İlham Əliyevin Azər­baycan sərhədçilərinə böyük etimadının, Azərbaycan sərhəd mü­ha­fi­zə­sinin inkişafına xüsusi qayğısının dayandığını bildirmişdir.

Hazırda xalqımızın Birinci Avropa Oyunlarına doğma Azərbay­canımızın ev sahibliyi etməsi qürurunu yaşadığını, bu oyunların ölkəmizdə ke­çi­ril­mə­sinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsində mümkün olduğu, müstəqil döv­lətimizin qüdrətinin növbəti təntənəsi, dünya birliyindəki bö­yük nüfuzunun parlaq təzahürü kimi qeyd edilmişdir.

Tədbirdə binanı əsas­lı təmir edərək sərhədçilərin istifadəsinə verdiklərinə gö­rə “Azərsun Holdinq” şirkətinə minnətdarlıq bildirilmişdir.

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları sərhəd zas­tavasında yaradılmış şə­raitlə yaxından tanış olmuşlar. Müasir tələblərə cavab verən sərhəd zas­tavasında xidmətin yük­sək səviyyədə təşkili  üçün hər cür şə­rait yaradılmışdır.

Sər­həd zastavasına baxış keçirildikdən sonra yeni inşa ediləcək sər­həd zastavası kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.

Tədbirin sonunda qonaqlar əsgər yeməkxanasında şəxsi hey­ətlə birlikdə nahar etmişlər.

 

           Dövlət  Sərhəd  Xidmətinin  Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80