+
-
13.06.2015
13.06.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

İyun ayının 13-də Dövlət Sərhəd Xidmətinin Aparatında 15 iyun – Mil­li Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xid­məti rəisinin müa­vini general-ma­yor Azad Ələk­bə­­rov ötən əsrin 90-cı illərində respublikamızın ictimai-si­yasi həyatında baş verən hadisələri geniş təhlil edərək, məhz Ulu Öndər Hey­dər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qar­şıdurmasına son qoyulduğunu, Azər­bay­canın dövlət müstəqilliyinin məhv ol­maq təhlükəsindən xilas olduğunu qeyd etmişdir. 22 il əvvəl xalqın tə­ki­di və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin sar­sıl­maz iradəsi, əzmi və zəngin döv­lət­çilik təcrübəsi ilə qısa zaman ərzində sa­bit­liyi bərpa etməsi, tənəzzülün qarşısını alaraq ölkəmizi inkişaf və tərəqqi yo­luna çıxarması, dövlətçiliyimizin qorunmasını, müs­tə­qil­li­yi­mizin  əbədiliyini və dönməzliyini təmin etməsi xüsusilə vurğulamışdır.

Sərhəd Qo­şunlarının təşkili və for­ma­laş­ma­sın­da əsas­lı keyfiyyət də­yi­­şikliklərinin Ulu Öndər Heydər Əliyevin ha­ki­miy­yə­tə qayı­­dışından son­ra, onun diqqət və qayğısı nəticəsində mümkün ol­­duğu, əsası Ulu Öndər tə­rəfindən qoyulan iqti­sa­di-siyasi kur­sun bu gün Azər­­bay­can Res­publikasının Pre­zi­den­ti, Silahlı Qüv­vələrin Ali Baş Ko­man­danı cə­­nab İlham Əliyev tə­rə­fin­dən uğurla da­vam etdirilməsi nə­ti­cə­sin­də Azər­bay­canın dün­ya­nın ən sürətli inkişaf edən öl­kələrindən birinə çev­rilməsi, beynəlxalq aləmdə yüksək nüfuz qazanması tədbir işti­rak­çı­la­rı­nın nəzərinə çatdırılmışdır. Məhz bu uğurlu və müdrik siyasət nəticəsində Azər­bay­can Respublikasının qüdrətinin növbəti ifadəsi olan Birinci Avropa Oyunlarının öl­kə­mi­zdə ke­çirilməsinin mümkün olduğu qeyd olunmuşdur.

Tədbir 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filminin nü­mayişi ilə başa çatmışdır.

                            Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi  

f tw