+
-
12.06.2015
12.06.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidmətinin gənclərin Vətənə, tariximizə, mənəvi də­yər­­lərimizə hörmət ru­hunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə ma­­rağın artırılması is­ti­qamətində həyata keçirdiyi tədbirlər sırasında xü­su­si yer tutan “Sərhəd” hərbi-idman oyunları uğurla başa çatmışdır. Bu ilki hər­­bi-idman oyunları ölkəmizin dünya idman tarixinə şanlı səhifələr yaz­dı­ğı ərəfəyə təsadüf etmişdir. Birinci Avropa Oyunlarının ölkəmizdə böyük tən­­tənə ilə keçirilməsi dövlətimizin siyasi-iqtisadi qüdrətinin növbəti ifa­də­si, gənclərin sağlamlığına və idmanın inkişafına göstərilən böyük qay­ğı­nın nəticəsidir.

Dövlət Sərhəd Xidməti rəisinin, Təhsil Nazirinin, Gənclər və İd­man Na­­­zirinin birgə qərarı əsasında üç mərhələdə keçirilən “Sərhəd” hərbi-id­man oyunlarında bu il 28 sərhədyanı ra­yo­nun 136 məktəbinin 680 şagirdi iş­tirak etmişdir. İlk iki mərhələdə ya­rış­la­rın qalibi olmuş 8 komanda– Or­du­­bad rayonunun internat məktəbinin, Fü­zu­li rayonunun Horadiz şəhər 1 nöm­rəli tam orta məktəbinin, Cəlilabad ra­yo­nu­nun Ləkin kənd orta mək­tə­bi­nin, Lənkəran rayonunun Haftoni kənd orta məktəbinin, Qusar ra­yo­nu­nun Yuxarı Zey­xur kənd orta məktəbinin, Qəbələ rayonunun Abrıx kənd or­ta məktəbinin, Qax rayonunun Zəyəm kənd orta məktəbinin, Qazax ra­yo­nunun 1-ci Şıxlı kənd orta məktəbinin komandaları Lənkəran Sərhəd Dəs­­təsində  keçirilən final mərhələsinə vəsiqə qa­zanmışlar.

İyun ayının 3-dən 11-dək keçirilən final mər­hə­lə­sin­də komandalar “Sı­ra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat va­sitələrinə baxışın təş­kili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd po­zucusunun ya­xa­lan­­ması və onun təxliyəsi”, “Tüfəngdən hədəfə atəş aç­maq”, “Mas­ka­lan­ma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi ya­r­dı­mın göstərilməsi və onun təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz ba­carıqlarını nümayiş et­dirmişlər.

Səkkiz gün ərzində iştirakçılar asudə vaxtlarında Astara şəhər tarix və diyarşünaslıq muzeyinə, Heydər Əliyev parkına eks­kursiyalara apa­rıl­mış, çoxsaylı mədəni-kütləvi tədbirlərə, bilik və id­man­ yarışlarına qa­tıl­mış­lar. Astara rayon mədəniyyət və turizm şöbəsinin bə­dii özfəaliyyət kol­lek­tivinin yarış iştirakçıları qarşısında konserti təşkil edilmişdir.

Toplanılan ümumi balların miqdarına görə Ordubad ra­yo­nu­nun in­ter­nat məktəbinin “Dübəndi” komandası birinci, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin “Ləkin” komandası ikinci, Qusar rayonunun Yuxarı Zey­­­­xur kənd or­ta məktəbinin “Zey­xur” komandası isə üçüncü yeri tut­muş­­lar.

İyun ayının 11-də Lənkəran Sərhəd Dəstəsində oyun­ların  ye­kun­la­rı­na həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Təd­bir­­də Dövlət Sərhəd Xid­məti rəisinin müa­vini general-mayor Azad Ələk­bə­­rov, Təhsil Na­zir­li­yi­nin, Gənclər və İdman Nazirliyinin nümayəndələri çı­­xış edərək “Sərhəd” hər­bi-idman oyunlarının gənclərin və­tən­pər­vər­lik tər­biyəsində mühüm rol oy­nadığını vurğulamışlar.

Tədbirdə qaliblər kubok, Fəxri Fərman və qiymətli hədiyyələrlə mü­ka­­f­at­­landırılmışlar.

 

                                        Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw