+
-
10.06.2015
10.06.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin may ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçiril­miş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni döv­riy­yə­sinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 29 halda 37 nəfər saxla­nılmış, onların 24 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, hər ölkədən bir nəfər olmaqla Türkiyə, Gürcüstan, Qırğıstan, Moldova və Litva vətəndaşları olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 9 nəfər, Xəzər dənizində 23  halda 32 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respubli­ka­sı­nın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 411 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sində 28 halda 33 kiloqram 323,6 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­məsinin qarşısı alınmışdır.

Qaçaqmalçılıqla mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nə­ti­­­­cəsində 76 halda ümumi dəyəri təqribən 444 min manat olan qaçaq­ma­lın, o cümlədən  1 ədəd pnev­matik ta­pan­ça, 1 ədəd travmatık tapança, trav­ma­tık tapança üçün  7 ədəd patron və 1 ədəd daraq,  3 ədəd 7,62 mm-lik pat­ron, 1,5 kq barıt,  1 ədəd beşbarmaq,  500 ABŞ dolları, 1.228.000 RF rublı, 550 AR manatı, 500 İİR rialı, 774 qram qızıl-zinət əşyaları, 1 ədəd mü­hər­rik, 5 ədəd qayıq, 800 metr tor, 132 ədəd mobil telefon, 1566 ədəd 600 qram­lıq mühərrik yağı, 28 ədəd peyk antenasının aksesuarları,  7910 qutu müx­­­­­təlif markalı si­­qaret, 149 ədəd müxtəlif spirtli içkilər, 36 kq par­fü­me­ri­ya məmulatı, 327 ədəd müxtəlif dərman pre­pa­rat­ları və digər is­teh­lak mal­la­­rı saxlanılmışdır. 

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində təd­birlər davam etdirilir.

                                                          Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw