+
-
30.05.2015
30.05.2015 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

28 may 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Döv­lət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının Komandanı ge­­neral-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırıl­mışdır.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müa­vini general-mayor Azad Ələkbərov gənc əsgərləri hərbi andiçmə və Res­publika Günü münasibətilə təbrik etmiş, şərqdə ilk demokratik quruluş olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, İstiqlal Bəyannaməsinin elan olunduğu günün Azərbaycan tarixinə şanlı bir səhifə kimi qızıl hərflərlə yazılmasından,  Ulu Ön­dər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra müs­təqil­li­yi­mizin qorunub saxlanması istiqamətində həyata keçir­diyi is­la­hat­lardan danışmış, Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində dövlə­timizin sürətlə in­kişaf etməsi, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artması, ölkəmizdə ilk Avropa oyunlarının keçirilməsi­nin böyük ta­rixi hadisə olması barədə ətraflı məlumat vermişdir.

General-mayor Azad Ələkbərov Azərbaycan sərhədçilərinin Da­hi Ön­dər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq ol­ma­la­rı ilə fəxr et­mə­lərini, Azərbaycan Respublikasının Prezi­denti cə­nab İlham Əliyevin Ali Baş Komandanlığı altında şərəflə xidmət et­məkdən qürur duyduqlarını qeyd etmişdir.

Mərasimdə gənc əsgərlərin valideynləri çıxış edərək yara­dıl­mış şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bil­dir­miş­, öz öv­lad­larını təbrik etmiş, on­­lara intizamlı və məsuliyyətli olmağı, Və­tə­nimizin sərhədlərini mərdliklə qorumağı tapşırmışlar.

Tədbir gənc əsgərlərin təntənəli marşla keçidi ilə ba­şa çat­mış­dır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw