22.05.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ağstafa, Qazax, Samux və Şəmkir rayonlarının sakinlərini  qəbul etmişdir.

 

Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev may ayının 21-də Şəmkir Sərhəd Dəstəsində Ağstafa, Qazax, Samux və Şəmkir rayonlarının sakinlərini qəbul etmişdir.

Qəbul zamanı vətəndaşların xidmətə qəbul, sərhədboyu zonada fəaliyyət göstərən fermer təsərrüfatlarının problemlərinin həll olunmasında köməkliyin göstərilməsi, tibbi yardımın göstərilməsi, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.

Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapmışdır. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilmişdir.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınmış və baxılmasının təşkili üçün nəzarətə götürülmüşdür.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbər­lərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirmiş, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80