+
-
20.05.2015
20.05.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş bey­nəlxalq “Qələbə Estafeti”nin Türkmənistan nümayəndə heyətindən qə­bul olunması ilə əlaqədar 20 may 2015-ci il tarixdə iki dəfə Sovet İttifaqı Qəh­rəmanı general-mayor Həzi Aslanovun məzarının önündə tədbir ke­çi­ril­mişdir.

Tədbirdə Böyük Vətən Müharibəsinin veteranları, sərhədçi veteranlar və ­Döv­lət Sərhəd Xidmətinin hərbi qulluqçuları iştirak etmişlər.

Tədbir iştirakçıları öncə general-mayor Həzi Aslanovun məzarını zi­ya­rət edərək abidəsinin önünə əklil qoymuş, dövlət himni səsləndikdən sonra es­tafetin qəbul olunmasına həsr edilmiş mitinq keçirilmişdir.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-ma­yor Azad Ələkbərov veteranları bayram münasibətilə təbrik etmiş, fa­şizm üzərində qələbədən 70 il keçsə də bu hadisənin tarixin yaddaşından heç zaman silinməyəcəyini bildirmiş, MDB məkanında keçirilən “Qələbə Es­tafeti”nin müstəqil respublikalar arasında dostluq və qardaşlıq ənə­nə­lə­ri­nin möhkəmləndirilməsinə xidmət etdiyini vurğula­mışdır. General-mayor Azad Ələkbərov Azərbaycan xalqının faşizm üzərində tarixi qələbəyə bö­yük töhvə verdiyini qeyd edərək Ulu Öndər Heydər Əliyevin veteranlara gös­­tərdiyi diqqət və qayğının bu gün Azərbaycan Respublikasının Pre­zi­­­den­ti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmişdir.

Tədbirdə çıxış edən veteranlar müharibədə göstərdikləri qəhrəmanlıq və şücaətlərdən, hazırda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olun­ma­sında fəal iştirak etmələrindən danışmışlar.

Tədbirin sonunda Qələbə Estafetinin rəmzi tən­tə­nə­li şəkildə Türkmənistan nümayəndə heyətindən qəbul olunaraq xüsusi ha­zır­lan­mış avtomobildə Dövlət Sərhəd Xidməti Aparatına yola salınmışdır.

22 may 2015-ci il tarixdə Azərbaycan-Rusiya dövlət sərhədində “Qə­lə­bə Estafeti” Rusiya Federasiyasının nümayəndə heyətinə təhvil veriləcəkdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw