25.05.2012- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Son günlərdə bir sira elektron informasiya vasitələrində İran İslam Respublikasına məxsus hərbi gəmilərin Azərbaycan Respublikasının dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə məlumatlar yayılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bildirir ki, bu məlumatların heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır. Azərbaycanla İran İslam Respublikasının dəniz sərhədlərində sərhəd mühafizəsi adi qaydada həyata keçirilir, əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi