+
-
19.05.2015
19.05.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

May ayının 19-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyalarının Komandanı ordu generalı Abdullah Recepin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində əldə olunmuş yüksək nailiyyətlər, Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması, ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması sahəsində qazanılmış müsbət nəticələrlə tanış edilmişdir.

Qonaqlara Azərbaycan  sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilmişdir.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilmiş, təlim-tədris sahəsində əməkdaşlığın  vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.

 

 

                                          Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw