18.05.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

16 may 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” id­man olimpiya mərkəzinin təşkilatçılığı ilə bədii gimnastika üzrə birinci açıq­ kubok keçirilmişdir.

Yarışın açılış mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müa­vini general-mayor Azad Ələkbərov, respublikamızın 11 bədii gimnastika klubunun rəhbərləri, tanınmış idmançılar iştirak etmişlər.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cə­nab İlham Əliyev və Bədii Gimnastika Federasiyasının  Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən həyata keçirilən idman siyasətinin uğurlu nəticələri, 1-ci Avropa Oyunlarının respublikamızda keçirilməsinin tarixi əhəmiyyəti barədə ətraflı danışmış və idmançılara uğurlar arzulamışdır.

“Sərhədçi” idman olimpiya mərkəzinin bədii gimnastlarının nümunəvi çıxışlarından sonra yarışlara start verilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda qalib gəlmiş idmançılar mükafatlandırılmışlar.   

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80