+
-
13.05.2015
13.05.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz döv­­­­riy­­­­­yəsinə qarşı mübarizə tədbirləri nəticəsində dövlət sər­hədindənkülli miq­­­dar­da narkotik vasitələrin Azər­bay­can Respublikasına gə­tirilməsinin qar­­­­­şısı alınmış,ümumilikdə 18 kiloqrama ya­xın narkotik va­si­tə sax­lanıl­mış­dır.

Belə ki, 10 may 2015-ci il tarixdə saat 00:45 radələrində Füzuli ra­­­yo­nu­nun Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sa­­­­hə­sin­­­­­də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əmə­­­liyyat-axtarış tədbirləri nəticəsində 15­ kq narkotik vasitə olan həşiş qət­ranının Azər­­­­bay­can Res­publika­sına gətirilməsinin  qarşısı alınmışdır. Sər­həd pozucusu dövlət sərhəd xəttinin bilavasitə yaxınlığında olmasından is­tifadə edərək  geriyə qaçmağa müvəffəq olmuşdur.

Bundan başqa Horadiz sərhəd dəstəsinin Füzuli ra­­­yo­nunda yerləşən sər­həd zastavasının xidməti ərazisin­də 10 may 2015-ci il tarixdə saat 01:50 ra­dələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata ke­çi­ril­miş digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qa­nun­­suz döv­­riyyəsi ilə məş­ğul olan Saatlı rayon sakini, 1981-ci il təvəllüdlü Rüs­təmov İl­ham Qardaşxan oğlu 3 kq ma­ri­xu­a­­na ilə birlikdə sax­la­nıl­mış­dır.

Qeyd olunan faktlarla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təh­­qiqat İda­­rəsi tə­rə­fin­dən Azərbaycan Respublikası CM-nin  206-cı (qaçaq­malçılıq) və 234-cü (narkotik va­si­­tə­lə­rin­ qanunsuz dövriyyəsi) mad­də­ləri ilə cinayət işi başlanılmışdır. Sax­lanılmış şəxs barəsində məh­kə­mə­nin qərarı ilə həbs qə­timkan tədbiri se­çilmişdir.

Hazırda həmin cinayət işləri üzrədigər iştirakçıların mü­­­­əy­yən edi­lə­rək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat-is­­­tin­taq təd­bir­lə­ri davam etdirilir.

                        

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw