+
-
19.05.2012
18.05.2012-ÖLKƏMİZİN SƏRHƏD İNFRASTRUKTURUNUN MÜKƏMMƏLLƏŞDİRİLMƏSİ PROSESİ UĞURLA DAVAM ETDİRİLİR

Şəmkir Sərhəd Dəstəsinin “Böyük Kəsik” Sərhəd Nəzarəti Mən­­tə­qəsində yeni kompleks istifadəyə verilmişdir.

Kompleksdə inşa olunmuş altımərtəbəli binanın birinci mərtə­bəsində sərhəd nəzarəti məntəqəsinin qərargahı yerləşdirilmişdir. Qərar­gahda lazımi xidmət şəraiti yaradılmış, xidmət otaqları kompüterlərlə, digər avadanlıq və vasitələrlə təmin olunmuşdur. Binanın üst mərtə­bələrində bir, iki və üç otaqlardan ibarət 31 mənzil inşa edilmişdir. Sər­hədçi zabit və gizirlər üçün tikilmiş bu mənzillər mebel avadanlığı ilə təmin olunmuşdur.

Kompleksdə hamam-camaşırxana, qazanxana, nəzarət-buraxılış mən­­­­­təqəsi, su anbarı və digər tikililər vardır. Kompleksin ərazisində abad­lıq və yaşıllaşdırma işləri görülmüş, mərkəzləşdirilmiş istilik sistemi yaradılmışdır.

f tw