+
-
06.05.2015
06.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2015-ci ilin 4-6 may tarixlərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi –Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti İstanbulda keçirilən “İDEF-2015” beynəlxalq müdafiə sərgisində iştirak etmişdir.

Nümayəndə heyəti tədbirin pavilyonlarına baxış keçirərək, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıqlar istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olmuşlar.

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli müzakirələr, o cümlədən Türkiyə Respublikasının Milli Müdafiə Naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Necdet Özel, Quru Qoşunlarının Komandanı ordu generalı Hülusi Akar, Sahil Mühafizəsinin komandanı vitse-admiral Hakan Üstem ilə təkbətək görüşlər keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasınn Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Quru Qoşunları və Sahil Mühafizəsi arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Qurumlar arasında qarşılıqlı əlaqələrin səviyyəsi yüksək qiymətləndirilmiş, hərbi-texniki sahədə və sərhədlərin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın geniş­lən­dirilməsinin zəruriliyi vurğulanmışdır.

Səfər dostluq və səmimi anlaşma şəraitində keçmişdir.     

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw