02.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

May ayının 1-də Azərbaycan Respublikası Dövlət Sər­həd Xidmətinin  rəsi general-pol­kov­nik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə  Res­pub­li­ka­sının Jandarma Qüvvələrinin Qərargah rəisi korpus generalı İbrahim Yaşarın rəh­bər­lik etdiyi nümayəndə heyətini qəbul edib.

Geçirilən görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti, qa­çaq­mal­çı­lığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasi­yaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılmış, sərhəd əməkdaşlığı məsələləri nəzərdən keçirilmişdir. Türkiyə nümayəndə heyətinə Azərbaycanın dövlət sərhədlərindəki mövcud vəziyyət, Dövlət Sər­həd Xidmətində aparılan islahatlar, dövlət sər­həd xətti boyu inşa edilən müasir sər­həd mühafizə infrastrukturu, Ermənistanın Azərbaycana təcavüzunun nəticələri barədə məlumat verilmişdir.

Müzakirələr zamanı sər­həd mühafizəsi sahəsində ikitərəfli münasi­bətlərin inkişaf səviyyəsi nümayəndə heyətlərinin rəhbərləri tərəfindən yüksək qiy­mət­lən­di­rilmişdir. Tərəflər arasında sər­həd mühafizəsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan və Türkiyənin dövlət sər­hədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, təlim-tədris sahəsində, qarşılıq­lı maraq doğuran digər məsələlər üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Qonaqlar Dövlət Sərhəd Xidmətinin Akademiyasında və “Sərhədçi” İdman Olimpiya Mərkəzində olub, yaradılmış şərait və təlim-tədris prosesi ilə yaxından tanış olmuşlar.

 

     Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80