01.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2015-ci ilin aprel ayının 30-da Azərbaycan Respublikasının Dövlət Sər­həd Xidmətinin rəsi - Sərhəd Qoşunlarının Komandanı general-pol­kov­nik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Res­pub­li­ka­sı Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi korpus generalı İhsan Uyarın rəh­bər­lik etdiyi nümayəndə heyətini qəbul edib.

Geniş tərkibdə keçirilən görüş zamanı Dövlət Sərhəd Xidmətinin  rəsi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev qo­naq­ları salamyaraq, cari ilin aprel ayının 24-də Türkiyə  Respublikasında ke­çirilmiş möhtəşəm Çanaqqala qələbəsinin 100 illiyinə həsr olunmuş təd­bir­lərlə bağlı təbrik edərək xoş arzularını bildirib. General-polkovnik Elçin Qu­liyev Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əmə­liy­yat şərati, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba­zanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nai­liy­yətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azər­baycan Respublikası ərazisinin 20 faizinin, eləcə də  Azərbaycan-İran sər­hədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qa­çaq­mal­çı­lıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə qonaqlara mə­lumat verib. Qonaqlar Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Döv­lət Sərhəd Xidmətinin  təyinatı və tapşırıqları, həyata keçirilən is­la­hat­lar və əldə olunmuş nailiyyətlərlə tanış ediliblər.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiy­mət­lən­di­rilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apa­rılıb. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mü­ba­di­ləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əmək­daş­lı­ğın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

 

                                          Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80