28.04.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Aprelin 27-də Dövlət Sərhəd Xidmətinin Aparatında görkəmli oftalmo­loq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci il dönü­mü münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiya­banda Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək abidənin önünə tər çiçək dəstələri düzmüşlər.

Daha sonra tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Aparatında Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən zəngin eksponat­lardan ibarət sərgiyə tamaşa etmişlər.

Tədbirin rəsmi hissəsində çıxış edənlər görkəmli akademik Zərifə xa­nım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inki­şa­fındakı misilsiz xidmətlərindən danışmışlar. Zərifə xanım Əliyevanın öv­lad­ları üçün qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yol­daşı, sadiq dostu, silahdaşı olması vurğulanmışdır. Qeyd olunmuşdur ki, Zərifə xanım Əliyevanın yüksək daxili mədəniyyəti, elmə sədaqəti, gördüyü işlər qədir bilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Tədbirin sonunda Zərifə xanım Əliyevaya həsr olunmuş sənədli film nü­mayiş etdirilmişdir.  

Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən ənənəyə sadiq olaraq Dövlət Sərhəd Xidmətinin Aka­demiyasının zabit-gizir, professor-müəllim və kursant heyətinin göz müa­yinəsi keçirilmişdir.

                                 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80