18.04.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz döv­­­riyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

17 aprel 2015-ci il tarixdə səhər saat beş radələrində Cəlilabad ra­yo­nunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sa­hə­sin­də 3 nəfərdən ibarət si­lah­lı qaçaqmalçı qrup tərəfindən kül­li miqdarda narkotik maddə olan 2 kq heroinin və 3 kq marixuananın Azərbaycan Res­publika­sına gətirilməsinin qarşısı alın­mışdır.

Sərhəd pozucuları sərhəd naryadının qanuni tələbinə tabe olmamış və müqavimət göstərmiş­lər. Sərhəd naryadı tərəfindən silahın tə­li­ma­ta uyğun tətbiqi nəticəsində bir nəfər sərhəd pozucusu yaralanmışdır. Cinayətkar dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin rel­yef xüsu­siyyət­lərindən istifadə edərək hadisə yerindən yayınmışlar. Ya­ralı sər­həd pozucusuna zəruri tibbi yardım göstərilmişdir, ha­zırda vəziyyəti  stabildir.

Cinayətin digər iştirakçılarının müəyyən edilməsi və saxlanılması istiqa­mətində əməliyyat-axtarış və istintaq tədbir­ləri davam etdi­rilir.