16.04.2015 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinləri ilə görüşmüşdür.

Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şi­ka­­yət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bü­­tün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Az­ər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və töv­­siyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qo­şun­la­rının Komandanı general-polkovnik Elçin Quliyev  aprel ayının 15-də Cə­­­lilabad rayonunun Göytəpə şəhərində Biləsuvar, Cəlilabad, İmişli və Neft­çala rayonlarının  sakinlərini qəbul etmişdir.

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qə­bul,­ sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi, sosial müavinətlərin ve­­rilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı ya­şa­yış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər mə­­sələlərlə bağlı müraciətləri dinlənilmişdir.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilmiş, qal­­dırılan məsələlər araşdırılmış və əksər məsələlər yerindəcə həllini tap­mış­dır. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uy­­ğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tap­şırıqlar verilmişdir.

Dövlət Sərhəd Xidmətinin səlahiyətlərinə aid olmayan müraciətlər isə­ aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və baxıl­ması­nın təşkili üçün nəzarətə götürülmüşdür.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəh­bər­ləri­nin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşki­lindən razı­lıqlarını bildirmiş, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80