03.04.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin mart ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçiril­miş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni döv­riy­yə­sinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 34 nəfər saxla­nılmışdır. Onların 24 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə,  hər ölkədən bir nəfər olmaqla İran İslam Respublikası, Gürcüstan və litva  vətəndaşları olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 18 nəfər, Xəzər dənizində 7  halda 11 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respubli­ka­sı­nın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 267 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sində 23 halda 10 kiloqram 332,7 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­məsinin qarşısı alınmışdır.

Qaçaqmalçılıq fəaliyyətilə məşğul olan bir cinayətkar dəstə aşkarlanmış, dəstə üzvlərindən bir nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, digərləri barədə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 68 halda ümumi dəyəri təqribən 712 min manat olan qaçaq­ma­lın, o cümlədən 1 ədəd pnevmatik tapança, 24 ədəd 12 millimetrlik giliz, 15 kq barıt, 3 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd gözyaşardıcı balon, 337 ədəd zinət əşyası,  8486 qutu siqaret, 91 ədəd mobil telefon, avtomobillər üçün 19 adda 28 ədəd ehtiyat hissələri, 3500 metr balıq toru, 1 kiloqram kalium-permanqanat preparatı, 3,5 kq qırmızı kürü, müxtəlif ərzaq və sənaye malları  saxlanılmışdır. 

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

                      

   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi