31.03.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

30 mart 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” idman olimpiya mərkəzinin Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Karate-do Federasiyaları assosiasiyası və Azərbaycan Respublikası Milli Karate Federasiyası ilə birgə təşkil etdiyi uşaq, yeniyetmə və gənclər arasında karate üzrə birinci açıq respublika çempionatı keçirilmişdir.

Çempionatın açılış mərasimində Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahının rəisi general-leytenant Rəşad Sadiqov, Azərbaycan Respublikası Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Respublikası Kinqboks Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev, respublikamızın 40 rayonunun müvafiq idman klublarının rəhbərləri, tanınmış idmançılar iştirak etmişlər.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahının rəisi general-leytenant Rəşad Sadiqov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən idman siyasətinin uğurlu nəticələri, 1-ci Avropa Oyunlarının respublikamızda keçirilməsinin tarixi əhəmiyyəti barədə ətraflı danışmışdır.

“Sərhədçi” idman olimpiya mərkəzinin bədii gimnastlarının, akrobatlarının nümunəvi çıxışlarından və respublikamizin incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsertdən sonra yarışlara start verilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda qalib gəlmiş idmançılar mükafatlandırılmışlar.   

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80