31.03.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində 31 mart Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbirləri keçirilmişdir.

30 mart 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən anım mərasiminin iştirakçıları öncə mənfur erməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları ilə tanış olmuşlar. Tədbirin rəsmi hissəsi soyqrım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Dövlət Sərhəd Xidməti rəsinin müavini general-mayor Azad Ələkbərov tədbirdə çıxış edərək vurğulamışdır ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirilmişdir. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olmuşdur.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verilmişdir.

Anım mərasimi soyqırımdan bəhs edən sənədli filmin nümayişi ilə başa çatmışdır.

Tədbirlər planına uyğun olaraq Dövlət Sərhəd Xidməti Aparatının və Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyəti 29-31 mart 2015-ci il tarixlərdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda fəaliyyət göstərən Soyqırım Müzeyini ziyarət etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80