11.03.2015 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Mart ayının 10-da Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin şagirdlərinin Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir.

Xüsusi məktəbin rəisi polkovnik E.Quliyev tədbirdə çıxış edərək xoşbəxtlik, barış, həmrəylik, ruzi-bərəkət rəmzi olan Novruz bayramı münasibətilə uşaq­ları təbrik edərək, dərslərində müvəffəqiyyətlər arzulamışdır.

Tədbirdə çıxış edənlər ölkəmizdə uşaqların sağlamlığına, təhsilinə, onların Vətənimizə layiqli vətəndaş kimi böyümələrinə dövlət tərəfindən, xüsusən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərə­findən göstərilən diqqət və qayğıdan, Heydər Əliyev Fondunun təşəb­bü­sü ilə yenidən qurulmuş məktəbdə əldə olunmuş nailiyyətlərdən, məktəb üçün tikilən yeni korpusun əhəmiyyətindən ətraflı danışmışlar.

Tədbir iştirakçıları kosa və keçəlin göstərdikləri səhnələrə maraqla baxmış, bilik, şeir, tapmaca yarışlarında şən əhval-ruhiyyə ilə iştirak edə­rək müxtəlif hədiyyələrə layiq görülmüşlər.

Şagirdlərin  Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin kollektivi ilə birlikdə təqdim etdikləri konsert proqramı maraqla qarşı­lan­mış­dır.

Sonda tədbir iştirakçıları bayram süfrəsi ətrafında şam etmiş, “Yel çərşənbəsi”nə həsr olunmuş tonqalın üstündən tullanmışlar.

 

                   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80