26.02.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında nümayəndə heyəti Misir Ərəb Respublikasının Silahlı Qüvvələrinin Baş komandanı, Müdafiə və Hərbi Sənaye naziri general-polkovnik Sidqi Sübhinin dəvəti ilə cari ilin 17-20 fevral tarixlərində Misirdə səfərdə olmuşdur.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Misir Ərəb Respublikası Silahlı Qüvvələrinin Baş komandanı, Müdafiə və Hərbi Sənaye naziri general-polkovnik Sidqi Sübhi, Daxili İşlər naziri Məhəmməd İbrahim, Hərbi Sənaye üzrə Dövlət naziri İbrahim Yunis, Sərhəd Mühafizəsi Qüvvələrinin komandanı general-mayor Əhməd İbrahim ilə görüşlər keçirmişdir. Müzakirələrdə ölkələr arasında münasibətlərin uğurla inkişaf etməsi vurğulanmış, təhlükəsizlik sahəsində Azərbaycan Respublikası ilə Misirin müvafiq qurumları arasında əlaqələrin perspektivləri və inkişafı, o cümlədən hərbi-texniki istiqamətdə əməkdaşlığın yaradılması və genişləndirilməsi məsələləri nəzərdən keçirilmişdir.

Səfər müddətində Dövlət Sərhəd Xidmətinin nümayəndələri Misirin təhlükəsizlik və sərhəd mühafizəsi sistemi, aidiyyəti strukturların fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80