26.02.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidmətinin Aparatında Xocalı soyqırı­mının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Şəxsi heyət əvvəlcə mənfur erməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Təbliğat və Məlumatlandırma Kompaniyası çərçivəsində nəşr edilmiş “Xocalıya Ədalət!” (beynəlxalq erməni terroruna qarşı yeni strateji model) üç cildlik kitabı və təbliğat vasitələri ilə tanış olmuş­dur.

Tədbirin rəsmi hissəsi faciənin günahsız qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edil­məsi ilə başlamışdır.

Tədbirdə vurğulanmışdır ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinistləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilmişdir. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaq­ların­dan sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik «böyük Ermənistan dövləti» yaratmaq olmuşdur. Xocalı soyqırımı da bu aqressiv və cinayətkar  siyasətin davamıdır.

Tədbirdə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları barədə geniş məlumat verilmişdir.

Anım mərasimi Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatmışdır.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80