+
-
23.02.2015
23.02.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

22  fevral 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı  general-polkovnik Elçin Quliye­vin təbrik telefonoqramı çatdırılmışdır.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov yaradıcısı müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev olan Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibəti ilə gənc əsgərləri və onların valideynlərini təbrik etmişdir.

General-mayor Azad Ələkbərov çıxışında Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edərək, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsu­liy­yətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulamış, dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış ideal şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrlə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirmişdir.

Mərasimdə gənc əsgərlərin valideynləri çıxış edərək yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırmışlar.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatmışdır.  

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw