01.05.2012 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumati

Dövlət Sərhəd Xidməti aparatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

Öncə Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Zərifə xanım Əliyevanın məzarının önünə tər çiçək dəstələri düzmüşlər. Dövlət Sərhəd Xidməti aparatında dünya şöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərginin materialları ilə tanışlıqdan sonra rəsmi anım mərasimi keçirilmişdir.

Tədbirdə idarə rəisi polkovnik İzzəddin Musayev istedadlı alim, bacarıqlı pedaqoq, xeyirxah və qayğıkeş qadın Zərifə Əziz qızı Əliyevanın həyatı və fəaliyyəti barədə məruzə etmişdir.

Qeyd edilmişdir ki, bütün yüksək elmi titullarına, uzun illər boyu cəmiyyətdə daşıdığı yüksək statusa baxmayaraq, Zərifə xanım öz sadəliyini daim qorumuşdur. Zərifə xanım elm üçün gözəl tədqiqatçı, Ulu Öndər Heydər Əliyev üçün ləyaqətli həyat yoldaşı, sadiq dost, etibarlı silahdaş, övladları üçün mehriban ana, əsl insanlıq mücəssəməsi olmuşdur.

Tədbirdə vurğulanmışdır ki, sözün yüksək anlamında əsl insan olan Zərifə xanımın xatirəsi xalqımız tərəfindən həmişə əziz tutulacaqdır.

 Anım mərasimi recissor V.Mustafayevin «Heydər Əliyev.Əsl məhəbbət haqqında» sənədli filminə baxış keçirilməsi ilə başa çatmışdır.

 

DövləSərhəXidmətinin mətbuat mərkəzi