+
-
25.12.2014
25.12.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

25 dekabr 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin 2014-cü ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi ke­çiril­miş­dir.

Azərbaycan Sərhəd Mühafizəsi üçün 2014-cü il döyüş hazırlığının da­ha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının tə­minatı tədbirlərinin ardıcıl davamı, sər­həd mühafizəsi infrastrukturunun tək­­milləş­dirilmə­si üzrə geniş miq­yaslı tikin­ti-quruculuq işlərinin aparılması, dövlət sərhədinin əmə­­liy­yat yolu ilə mühafizəsinin gücləndi­ril­məsi, bey­nəl­xalq sərhəd əməkdaşlı­ğının genişlən­dirilməsi ilə əlamətdar olmuş­dur.

Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mü­hafi­zə­si sahəsindəki ideya və dü­şün­cələrinin əzmlə gerçəkləşdirilməsi, döv­lət sərhəd­ləri­nin toxunulmazlı­ğı­nın təmi­natı məsələlərinə Azərbaycan Res­publi­ka­sının Prezi­denti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticə­sində mümkün olmuşdur.   

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iyul ayının 18-də DSX Sahil Mühafizə­si­nin “Gəmi inşası zavodu”nun açılı­şını etməsi, yeni sərhəd gözətçi gəmilə­ri­nin üzmə qabiliyyəti və döyüş im­kanları ilə tanış olması, dəniz sərhədlə­ri­nin mühafizəsi və neft-qaz in­frastrukturunun mühafizəsi üzrə mühüm tap­şırıqlar verməsi, Dövlət Sərhəd Xidmətinin komandanlığını növbəti ali hərbi rütbə­lə­rə layiq bilməsi, DSX əməkdaşlarını 5 orden, 44 me­dalla, 2 fəxri adla təl­tif etməsi bütün şəxsi heyət tərəfindən bö­yük ruh yüksəkliyi ilə qarşılan­mışdır.

2014-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunmuş nailiyyətlər sırasında:

-       iyun ayının 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Dövlət Sər­həd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin iri­miq­yaslı birgə əməliyyat-taktiki təlimində DSX bölmələrinin qarşıya qoyul­muş döyüş tapşırıq­la­rını uğurla yerinə yetirmələri;

-       noyabr ayının 4-6 tarixlərində DSX-nin «Ağgöl» təlim mərkəzində «Azər­baycan Res­publikası ərazisinə düşmənin terror-təxribat qruplarının hü­cum­larının qar­şı­sının alınması və məhv edilməsi» mövzusunda DSX-nin çevik hərəkət böl­mə­lə­rinin, döyüş helikopterlərinin, zirehli texnikanın, artil­leriya və ze­nit-raket komplekslərinin iştirakı ilə döyüş atışlı taktiki təlimlərin ke­çirilməsi, şəxsi heyət tərəfindən möhkəm inti­zam, yüksək peşəkarlıq və dö­yüş hazırlığının nü­mayiş etdirilməsi;

-       Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun ola­­raq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafi­zə­sinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkan­la­rının güclən­diril­məsi, yeni gəmilərin dəniz kampaniyasına qəbul olun­ması, 52 dəniz sər­həd­çisinin xaricdə xüsusi kurslara cəlb olunmaları, yeni gəmilər üçün idarəetmə heyətlərinin hazırlanması;

-       dekabr ayının 10-12 tarixlərində «DSX-nin qüvvə və vasitələri tərəfindən Xə­zər dənizinin Azərbaycana mənsub bölməsində neft-qaz infrastruk­tur­larına qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüv­­və­lərinin aşkarlanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının apa­rıl­ması» mövzusunda 36 üzmə vasitəsi, 4 helikopter, 800 nəfər şəxsi heyət cəlb olun­muş iri miqyaslı taktiki təlimlərin uğurla keçirilməsi, Azər­baycanın hərbi-də­niz ta­rixində ilk dəfə dənizdə zenit-artilleriya qurğu­larından və raket komp­lekslərindən gecə atışlarının müvəffəqiyyətlə yerinə yetirilməsi;

-       sərhəd aviasiyasının xidmət-döyüş imkanlarının və uçuş vasitələri ekipaj­la­rı­nın peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən ilk dəfə olaraq Mİ-17 heli­kop­­terləri ilə gecə uçuşlarının keçirilməsi, idarə olunmayan, həmçinin idarə olunan raketlərdən və top­dan praktiki döyüş atışlarının yerinə yetirilməsi, tək cütlük və iki cütlük tərkibində dövlət sərhəd xətti üzrə uçuşların həyata keçirilməsi;

-       Dövlət Sər­­­həd Xidmətinin hərbi hissə­lərində, sərhəd bölmələrində «Valideyn gün­­­lə­ri»nin keçirilməsi təcrü­bə­sinin uğurla davam etdirilməsi, hesabat döv­ründə 72 bu cür görüşün keçirilməsi qeyd olunmalıdır.

Dövlət sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən təd­birlər nəticəsində 2014-cü ildə dövlət sərhədini pozduğuna görə 423, sər­həd rejimi qaydalarını pozudqlarına görə 16  min 2 nəfər saxla­nılmış­dır.

Onların 46,1% Azərbaycan, 18,7% Özbəkistan, 6,4% İran, 4,5% Mol­dova, 4,3% Əfqanıstan, 3,8% Türkiyə, 3,1% Gürcüs­tan, 2,6% Ru­siya, 2,6% Suriya, 1,9% Nigeriya, 1,9 % Ukrayna, 4,1% digər ölkə vətəndaşları ol­muşlar.

Hesabat dövründə sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda  odlu silahdan istifadə olun­muş, sərhəd naryadları tərəfindən sərhəd pozucu­ları­na qarşı təlimata uyğun silahın tətbiqi zamanı 2 İİR və­tən­daşı vəfat etmiş, DSX-nin 1 zabiti yaralanmışdır.

İl ərzində 2553 nəfər axtarışda olan şəxs tutulmuş, 272 nəfər saxta, 42 nəfər özgəsinin sənədi ilə və 10 nəfər giz­li şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanıl­mışdır.

2014-cü il ərzində 9 milyon 406 min manat dəyərində qaçaqmal tutulmuş, 317 kq 715 qram narkotik maddənin dövlət sərhədindən keçiril­məsinin qarşısı alınmışdır. 26,7 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilmişdir.

Dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndiril­məsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsə­dilə xarici xü­susi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 AR, 2 əcnəbi vətən­daş, məxfi əməkdaşlığa cəlb olunmuş 1 AR vətəndaşı barədə mü­vafiq tədbirlər görülmüş, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaric­də münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxla­nılmış, qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cina­yətkar dəstə zərərsizləşdirilmişdir.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məx­­­sus 53, Rusiya­ya məxsus 28, İrana məxsus 8, Qazaxıstana məxsus 3 gə­miyə, Azərbay­cana məxsus 404 kiçik həcmli üzmə vasitəsinə baxış keçiril­miş­dir. AR-ə məx­sus 27 gəmi, RF-ya məxsus 3 gəmi, İİR-ə məxsus 3 gəmi, Qazaxıstana məxsus 1 gəmi və AR-ə məxsus 254 qayıq, o cüm­lədən 418 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülmüşdür. Hesa­bat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 2 halda dənizdə xilasetmə əməliyyatları keçirilmiş, 5 nəfər vətəndaş xilas edilmiş­dir.

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhhlükəli olan və xidməti və­zifə­lərin icrasına ciddi maneə yaradan balıq ovla­ma vasitələri – 26,2 min metr tor yığılmışdır.

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşı­laş­dı­rılması üzrə 1186 mənzilin inşası həyata keçirilmiş, 342 xidməti mənzil istifadəyə verilmişdir.

Hesabat müşavirəsinin sonunda Azərbaycan Respublikası Prezi­den­tinin Sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara orden, medal­lar və fəxri adların döş nişanları təqdim olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw