15.12.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azər­bay­can Respublikasının dəniz təhlükə­sizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizi­nin Azərbaycan Respublikasına mənsub böl­məsində təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkan­lardan istifadə et­məklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanıl­ması isti­qa­mətində zəruri tədbirləri davam etdirməkdədir.

2014-cü il 8-11 dekabr tarixlərində Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respub­likasına mənsub bölməsində neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aş­kar­lanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması mövzu­sun­da taktiki təlimlər keçirilmişdir.

Xəzər dənizində müm­kün təhdidlərə qarşı hərbi hissə və bölmələrin birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkət element­lərinin təkmilləşdirilməsi məqsədilə on taktiki epizod üzrə dörd mər­hələdə keçirilən təlimlərdə:

-      neft-qazçı­xarma rayonlarının, plat­formaların, ixrac boru kəmər­ləri­nin mühafizəsi və mü­dafiəsinin gündəlik şəraitdən fövqəladə şərai­tə keçirilməsi və birgə sərhəd axtarışının aparılması;

-      sorğuya cavab verməyərək neft platforması istiqamətində hərə­kə­tini davam etdirən gəminin dayandı­rıl­ması, çevik-hərəkət qru­punun helikopter vasitəsi ilə gəmiyə çıxarıl­ması;

-      şərti düş­mənin terror-təx­ribat qrupunun zərərsizləşdirilməsi, dayan­dırılmış gəmiyə xüsusi ax­ta­rış vasitələri ilə baxış keçi­rilməsi və küt­ləvi qırğın silahlarının kom­ponentlərinin, həm­çinin narkotik vasi­tələ­rin aşkar edilməsi;

-      sərhəd gözətçi gə­miləri tərəfindən şərti düş­mənin terror-təxribat qrupunun qaranlıqda aşkarlanması və məhv edil­məsi, şərti düş­mənin sualtı təxribat qruplarının aşkarlanaraq zərərsiz­ləş­di­­ril­məsi;

-      helikopterlərin və sərhəd gö­zətçi gəmilərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtla­rında döyüş atışlarının ke­çirilməsi kimi təlim tapşırıqları uğurla icra olunmuşdur.  

  Cari ilin iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Müha­fizəsinin bazasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılışını etdiyi «Gəmi inşası zavodu»nda inşa olunmuş itisürətli və yüksək üzmə qabi­liyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıq­ları ilə, müasir silahlarla təchiz edilmiş iki yeni sərhəd gözətçi gəmisi təlim­lərdə uğurla sınaqdan keçirilmiş və Azərbaycanın hərbi dəniz tari­xində ilk dəfə zenit-artilleriya qurğuları və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilmişdir.

Təlimlərdə qarşıya qo­yulan vəzifələr tam həcmdə icra olunmuş, şəxsi heyət möhkəm inti­zam, yüksək döyüş hazırlığı nümayiş etdir­mişdir.

Təlimlərin uğurlu yekunu münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşun­larının Komandanı cənab general-polkovnik Elçin Qu­liyev təlimə cəlb olunmuş şəxsi heyəti təbrik etmişdir.

General-pol­kovnik Elçin Quliyev Xəzər də­nizin­də dövlət sərhəd­lərinin etibarlı mü­hafizəsinin və neft-qaz hasilatı-daşınması infrastruk­turunun təhlü­kə­siz­liyi­nin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələri olmasını xüsusi vurğulamış, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkar­lığının daha da artırıması istiqamətində hərbi hissə və bölmələr qar­şısında konkret tapşırıqlar müəyyən etmiş­dir.

Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluq­çuların təltifləndirilməsi keçirilmişdir.

                             

   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80