10.12.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ulu Öndər Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətinin, zəngin irsinin öyrənilməsi və təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların vətənə və cəmiyyətə yararlı insan kimi yetişmələri Dövlət Sərhəd Xidmətinin daim diqqət mərkəzindədir.

Bu məqsədlə mütəmadi olaraq məqsədyönlü tədbirlər keçirilir. Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinin xalqımız tərəfindən yüksək ehtiramla, dərin minnətdarlıq hissi ilə yad edildiyi bu ərəfədə 8-9 dekabr 2014-cü il tarixlərində Səbail rayonunda yerləşən orta məktəblərin şagirdlərinin Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə ekskursiyaları təşkil olunmuşdur. Ekskursiyalar zamanı şagirdlərə Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri, Azərbaycanın müstəqilliyi və dövlət quruculuğu sahəsində, xüsusən sərhəd mühafizəsinin formalaşmasındakı tarixi rolu barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, dahi rəhbərin müəyyənləşdirdiyi sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin sərhəd mühafizəsi dünya standartları səviyyəsinə qaldırılmış və müqəddəs sərhədlərimizin toxunulmazlığı etibarlı şəkildə təmin olunmuşdur.

Elmi Araşdırmalar Mərkəzində şagirdlər Ümummilli Liderin keçdiyi şərəfli həyat yolunu və fəaliyyətini, eləcə də dövlət sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək diqqət və qayğını əks etdirən çoxsaylı eksponatlarla, foto və kitablarla tanış olmuşlar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80