25.11.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin keçirilməsinin qarşısı alınmışdır.

17.11.2014-cü il tarixdə həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasına gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılmışdır.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi