+
-
25.11.2014
25.11.2014 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

23 noyabr 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Naxçıvan, Horadiz, Şəmkir və Yevlax şəhərində yerləşən hərbi hissələrdə gənc əsgərlərin hərbi anda gətirilməsi münasibəti ilə təntənəli tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin bu münasibətlə şəxsi heyətə təbrik telefonoqramını çatdıran hərbi hissə komandirləri Azərbaycan sərhədçilərinin Dahi Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olmaları ilə fəxr etmələrini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında şərəflə xidmət etməkdən qürurlu olmalarını qeyd etmişlər.

Gənc əsgərlərin valideynləri çıxış edərək öz övladlarını təbrik etmiş, onlara sərhədçi təlimi keçmiş hərbi qulluqçulara təşəkkürlərini bildirmişlər.

Tədbir gənc əsgərlərin sıra meydanında Vətənə sədaqət andı olan – hərbi andı qəbul etmələri və tribuna önündən təntənəli marşla keçidi ilə başa çatmışdır.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw