+
-
18.11.2014
18.11.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2014-cü ilin oktyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçiril­miş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri- qanuni döv­riy­yə­sinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 21 halda 23 nəfər saxlanılmış,  onların 10 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Türkiyə , 1 nəfəri Gürcüstan, 1 nəfəri Tacikistan və 1 nəfəri Ukrayna vətəndaşı olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 10 nəfər, Xəzər dənizində 19  halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respubli­ka­sı­nın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 226 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sində 11 halda 13 kiloqram 297 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­məsinin qarşısı alınmışdır.  

Oktyabr  ayının  5-də Biləsuvar rayon Biləsuvar kənd ərazisindəki zastavanın xidməti sahəsində “BYD” markalı Az 99-FT-854 dövlət qeydiyyat nömrə nişanlı avtomo­bil ilə Kürdəmir rayon sakinləri 08.09.1967-ci il təvəllüdlü Əsgərov Hafiz Ələsgər oğlu və 25.03.1987-ci il təvəllüdlü Rəhimov İxtiyar Məhəmmədhüseyn oğlu ərazidə əvvəlcədən gizlədilmiş 4 kiloqram 800 qram tiryəki götürərkən saxlanılmışdır.

Oktyabr  ayının 18-də Yardımlı rayon sakini 15.05.1979-cu il təvəllüdlü Ələkbərov Cahid Mətləb oğlu “Masallı-Yardımlı” magistral yolunun Arus kəndi ərazisindən keçən hissəsində su borusunun yanında plastik qabda gizlədilmiş 2 kiloqram 300 qram tiryəyi, Lənkəran şəhər sakini 19.02.1985-ci il təvəllüdlü Hüseynov Rövşən Məzahir oğlu isə “Ələt-Astara” magistral yolunun 142-ci kilometrliyində Cəlilabad rayonu ərazisində yolun kənarında ağaclıqda gizlədilmiş 2 kiloqram tiryək, 470 qram heroini götürərkən saxlanılmışlar.

Oktyabr  ayının 28-də Füzuli Füzuli rayon Böyük-Bəhmənli kənd ərazisindəki zastavanın xidməti sahəsində Aşağı Yağlıvənd kənd ərazisində dəmir yolu keçidinin ətrafında “Niva” markalı Az 99-AC-414 dövlət nömrə nişanlı avtomobildə olan 3 nəfər Gəncə şəhər sakini 27.12.1976-cı il təvəllüdlü Orucov Ceyhun Telman oğlu, Bakı şəhər sakinləri 19.12.1978-ci il təvəllüdlü Mirzəyev Qədir Səftər oğlu və 19.01.1980-ci il təvəllüdlü Əliyev Rasim Əbülfət oğlu saxla­nıl­­mışlar.Baxış keçirilərkən onların üzərindən 2 kiloqram 460 qram qurudul­muş marixuana və 2 ədəd 0,5 litrlik plastik qabda “Metadon” məhlulu aşkarlanmışdır.

Sərhəd buraxılış məntəqələrindən Azərbaycan Respublikasına keçmiş şəxs­lər gömrük orqanları ilə birgə yoxlanılarkən 2 halda “Biləsuvar” SNM-də 1 kiloq­ram 2 qram, 4 halda “Astara” SNM-də 161 qram, 1 halda isə “Şıxlı” SNM-də 4 qram narkotik vasitələr aşkar olunaraq götürülmüşdür.

Ay ərzində 52 halda ümumi dəyəri təqribən 203 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd avtomat silah, 2 ədəd avtomat silahın darağı, 57 ədəd patron, 1 ədəd qumbara atan silah, 1 ədəd pnevmatik tapança, 7,775 qutu müxtəlif markalı siqaret, 163 ədəd müxtəlif ölçülü araq, 73 kiloqram nərə balığı, 5 kiloqram qara kürü, 17740 ədəd pirotexniki vasitələr, 3 ədəd qayıq, 400 metr balıq tutmaq üçün tor, müxtəlif dərman preparatları və sənaye malları saxlanılmışdır.        

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 

         Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw