+
-
03.11.2014
03.11.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

02 noyabr 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin qarnizonunda gənc əsgərlərin hərbi anda gətirilməsi münasibəti ilə təntənəli tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin bu münasibətlə şəxsi heyətə təbrik sözlərini çatdıran DSX rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərov Azərbaycan sərhədçilərinin Dahi Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq olmaları ilə fəxr etmələrini, Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman­dan­lığı altında şərəflə xidmət etməkdən qürurlu olmalarını qeyd etmişdir. Gənc əsgər­lə­rin valideynləri çıxış edərək öz övladlarını təbrik etmiş, onlara sərhədçi təlimi keçmiş zabitlərə təşəkkürlərini bildirmişlər.

Tədbir gənc əsgərlərin sıra meydanında hərbi andı-Vətənə sədaqət andını qəbul etmələri və şəxsi heyətin tribuna önündən təntənəli marşı ilə başa çatmışdır. 

 

                                                         Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw