Sentyabr ayının 18-də saat 11:00-da Şəki Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayon sakinlərinin qəbulu keçiriləcəkdir.
Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları sentyabr ayının 17-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Şəki Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi